“Mahal
Constuction” – Zövqlə və Sizləri düşünərək inşa edirik.
“Mahal Construction” icra etdiyi layihələrdə gələcək sakinlərin
rahatlığının və təhlükəsizliyinin təmin olunmasını əsas prioritet sayır və inşa
etdiyi yaşayış komplekslərinin yerləşdiyi ərazilərin, bu komplekslərin
inşasında istifadə olunacaq texnologiyaların, seçiminə çox ciddi yanaşır.
Belə ki, hal hazırda inşaları davam edən “Panorama Bayıl”, “Baku Nar Residence" və "CHINAR" yaşayış kompleksləri inkişaf etmiş infrastruktura malik olan və gələcək metro stansiyalarına yaxın ərazilərdə inşa edilirlər. Birinci iki layihə pilot layihəsi olaraq, dövlət sifarişi ilə inşa edilirlər.
Yaşayış komplekslərində inşa edilən mənzillər üzrə şirkətin hüquqları əvvəlcədən AR Dövlət komitəsinin yanında, Dövlət daşınmaz əmlakın Reyestri xidmətinin Bakı ərazi idarəsində Dövlət qeydiyyatına alınmışdır. Bu isə öz növbəsində gələcək sakinlərin mənzilləri üçün çıxarış almaq zəmanətidir.
Tikilən
hər bir binanın möhkəm, keyfiyyətli, müasir tələblərə uyğun olması, gələcək
sakinlərin rahatlığı və təhlükəsizliyi təminatıdır. Bütün bunları başlıca amil
kimi qəbul edərək şirkət, inşa olunan binaların möhkəmliyini təmin edən özül və
monolit karkasın inşasına çox ciddi yanaşır. Düzgün bucaqlar altında və hamar səthə
malik konstruksiyaların alınması üçün şirkət ənənəvi taxta-faner qəliblərindən
istifadə etməyərək bu məqsədlər üçün Avstriyanın tanınmış “DOKA GROUP” şirkətinin
müasir gəliblərindən və Dünyada tozağacı fanerlərinin istehsalı üzrə lider olan
Rusiyanın “SVEZA” şirkətinin məhz monolit tikinti üçün nəzərdə
tutulmuş “SVEZA Deck 350” fanerindən istifadə edilir.
Xarici divarların və daxili arakəsmələrin tikintisi zamanı "GOBUSTONE" məsaməli-beton bloklardan istifadə edilir. Bu bloklardan inşa edilmiş divarlar, ənənəvi inşa edilən divarlardan fərqli olaraq yüksək termo, səs izolyasiya xüsusiyətlərinə malikdirlər. Mənzilin yayada sərinləşdirilməsi, qışda qızıdırılması üçün enerji sərfiyyatı ənənəvi inşa edilən mənzillər ilə müqayisədə 4-6 dəfə azdır. Divarlar tam hamar səthə malik olduqları üçün mənzilin təmiri zamanı daha az xərc tələb edir. Asan emal olunur. "Nəfəs alan" xüsusiyyətlidir.
Əlavə olaraq, mənzillərin səs və termo izolyasiya xüsusiyyıtlırini artırmaq məqsədi ilə xarici divarlar Rusiyanın "TEXNONİKOL" çirkətinin "daş yun" panelləri ilə örtülür və bundan sonra suvaq çəkilərək rənglənir.
Təqdim olunan layihələrdə mənzil almaq Sizin üçün maraqlıdırsa və bunun ilə əlaqədar olaraq əlavə suallarınız yaranıbsa, aşağıda qeyd olunmuş üsullar ilə bizimlə əlaqə saxlaya bilərsiniz:
E-mail: info@mahal.az, sales@mahal.az
Telefon: (012) 563-16-21 (10:00-17:00)
Mobil: (050) 218-18-45
WhatsApp: (070) 218-18-45
WhatsApp: (070) 218-18-45
TİKİNTİNİN GEDİŞİ
ON-LINE CAMERA.
"CHINAR"
"CHINAR"
ON-LINE CAMERA.
"BAKU NAR RESIDENCE"
"BAKU NAR RESIDENCE"
ON-LINE CAMERA.
"PANORAMA BAYIL"
"PANORAMA BAYIL"